Sabah güclü külək əsəcək, qar yağacaq - PROQNOZ
04 fevral 2022 12:48 (UTC +04:00)

Sabah güclü külək əsəcək, qar yağacaq - PROQNOZ

2

Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütununda 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 5-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun enməsi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4045

Oxşar yazılar