Sabah güclü qar yağacaq  - hava PROQNOZU
24 dekabr 2025 13:28 (UTC +04:00)

Sabah güclü qar yağacaq - hava PROQNOZU

0

Dekabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar