U-15 dünya çempionatı:  Azərbaycan millisi növbəti qələbəsini qazandı -FOTOLENT
25 oktyabr 2026 13:59 (UTC +04:00)

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazandı -FOTOLENT

0

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti matçını keçirib.

Yığma saat 12:45-də Andorra ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Famil Xəlilovun yetirmələri qələbə qazanmağı bacarıblar.

Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

 

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar