Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini 1980-ci il təvəllüdlü A. Əsgərovu vurub.
Piyada dərhal xəstəxanaya yeləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu