Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
***
23:23
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Ona dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.