Sabah hava DUMANLI OLACAQ  - Proqnoz
21 noyabr 2022 12:21 (UTC +04:00)

Sabah hava DUMANLI OLACAQ - Proqnoz

Noyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 22-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt, Quba-Xaçmaz, Quba-Qusar, Qusar-Xudat, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Yevlax-Xocalı-Laçın, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Ağdaş-Ləki, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xaldan-Mingəçevir, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Bəhramtəpə-Biləsuvar, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.

 

# 2124
avatar

Oxşar yazılar