Sabah hava necə olacaq? -  PROQNOZ
29 iyul 2022 12:51 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

İyulun 30-na olan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.  

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-35°  isti, Bakıda gecə 22-24° isti, gündüz  32-34° isti olacaq.  

Atmosfer təzyiqi  759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  60-65  % olacaq. 

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında:

Əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz  21-26° isti olacaq.   
 

# 2331
avatar

Oxşar yazılar