Sabah qar yağacaq -  HAVA PROQNOZU
14 mart 2022 12:38 (UTC +04:00)

Sabah qar yağacaq - HAVA PROQNOZU

0

Martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru Abşeron yarımadsının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi
ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 15-də Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda nisbətən soyuq diskomfort və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11994

Oxşar yazılar