Sədərəkdə 15 yaşlı qızın ərə verilməsinin  qarşısı alındı
24 noyabr 2025 12:11 (UTC +04:00)

Sədərəkdə 15 yaşlı qızın ərə verilməsinin qarşısı alındı

0

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları erkən nikahın qarşısını alıb.

Lent.az xəbər verir ki, rayonun Dəmirçi kəndində 21 yaşlı oğlanla 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar