Şəhid hərbçi Cəlilabadda dəfn olundu - FOTO
14 sentyabr 2022 19:11 (UTC +04:00)

Şəhid hərbçi Cəlilabadda dəfn olundu - FOTO

Bu gün Cəlilabad rayonu daha bir şəhidini son mənzilə yola salıb.

Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı şəhid olan hərbi qulluqçu Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü Nahid Hüseynağa oğlu Məmmədovun nəşi doğulduğu kəndə gətirilib.

Onunla əvvəlcə yaşadığı evində vida mərasimi keçirilib. Sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

# 2652
avatar

Oxşar yazılar