Şəhid Muxtar Məmmədovun nəşi Naxçıvana gətirildi
16 may 2025 08:34 (UTC +04:00)

Şəhid Muxtar Məmmədovun nəşi Naxçıvana gətirildi

I Qarabağ müharibəsində itkin düşən, şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib.

Lent.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu ailə üzvləri, yaxınları, dövlət və hökumət nümayəndələri qarşılayıb.

Yayılım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhidin cənazəsinin önündən keçilib.

Qeyd edək ki, şəhidlə vida mərasimi onun doğulduğu Sədərək rayonu Dəmirçi kəndində keçiriləcək.

Muxtar Bayram oğlu Məmmədov Dəmirçi kəndində doğulub və o, könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar