Yükdaşıma xidmətləri müştərini belə aldadırlar -VİDEO
16 may 2025 10:39 (UTC +04:00)

Yükdaşıma xidmətləri müştərini belə aldadırlar -VİDEO

“Yükdaşıma maşınları iki saat ərazidə fırlanırlar və hər saata görə əlavə pul yazılır.”

Lent.az xəbər verir ki, yük maşınlarının müştərini aldatması ilə bağlı sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

- Barəsində söhbət gedən şikayət TV-nin qaynar xəttinə gəlib. Vətəndaş şəhərlər arası çatdırılma xidməti göstərən 166 yükdaşıma xidmətindən şikayətçidir. Şikayətçi bildirir ki, şirkət əməkdaşları dayanacaq tapmaq üçün sərf etdikləri zamana görə vətəndaşdan əlavə ödəniş tələb edib.

Vətəndaşın sözlərinə görə bu hal artıq neçənci dəfədir ki, yaşanır: “166 yükdaşıma şirkətinə müraciət etdik. Daşınacaq yüklərimiz var idi. Yükü ünvana kimi gətiriblər, amma iki saatdan çox gözləmişik ki, yuxarı binaya qaldırsınlar. Zəng etmişik ki, axı yuxarı qaldırmaq niyə belə uzun çəkir, cavab verirlər ki, biz hələ maşın saxlamağa yer tapa bilməmişik. Mən başa düşə bilmirəm, müştəri çatdırılma xidməti üçün maşın saxlamağa yer də tapmalıdırmı?”

Ən qəribəsi odur ki, bu gecikmənin səbəbi müştəridən asılı olmasa da, həmin iki saat üçün əlavə ödəniş tələb olunub.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar