Şəhidin məzarı doğma kəndinə  köçürüldü
12 may 2026 03:02 (UTC +04:00)

Şəhidin məzarı doğma kəndinə köçürüldü

0

Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun məzarı Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığından Abdal kənd qəbiristanlığına köçürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, mərasimdə şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Şəhidin doğmalarının sözlərinə görə, məzarının doğma kənddə olması onun sağlığında ən böyük arzularından biri olub.

Yaxınları da bildiriblər ki, Müşviq Abbasov hər zaman doğulduğu torpaqda uyumağı arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 868

Oxşar yazılar