Səssiz çığırış, ölən insanlıq və danışan kədərin FOTOLARI
24 dekabr 2025 13:00 (UTC +04:00)

Səssiz çığırış, ölən insanlıq və danışan kədərin FOTOLARI

1

Müharibə... Bu, yalnız siyasi proses, xəritələrdə dəyişilən xətlər və strateji hesablamalar deyil. Müharibə ölən insanlıqdır, səssiz çığırışdır, darmadağın edilən ailələr və tənhalığa məhkum olan qəlblərdir.

Lent.az-ın əməkdaşı bu yazıda sizə İsrail-Fələstin müharibəsində hər iki tərəfdən ömürlük kədərə məhkum olan günahsızların fotosunu təqdim edəcək.

Bu fotolarda güllə səsini siz, uşaqların qucağında, qadınların göz yaşlarında və yaşlıların ümid dolu baxışlarında eşidə biləcəksiniz. Bu baxışlarda acı, qorxu və keçmiş gözəl günlərin həsrətli səsi var.

İnsanlar dərindən düşünsələr, hansı dinə sitayiş etməklərinin heç bir fərqi yoxdur. Bir günahsızı incitmək bütün dinlərdə böyük günahdır. Hələ qarşı tərəflər ikisi də Tanrının təkliyini qəbul edirsə...

İncidilən məsumların sülh, təhlükəsizlik, yaşama haqqı var. Bu haqqı tapdayan isə, həm hüquq həm də, Tanrı qarşısında cavab verir. İnsanların fərqli adları, dilləri, dinləri ola bilər. Qarşı tərəflərdə olsalar belə, onları birləşdirən əzizlərin itkisi, kədər və yaralardı. Onların səsləndirdikləri sözlər fərqli ola bilər, amma onların baxışlarında eyni qorxu, kədər var. O baxışda dinin, dilin fərqi yoxdur, çünki həyat və ölüm hamı üçün eyni şeydir.

Əgər hamımızın evi olan Yer kürəsinin bir balaca nöqtəsində belə, uşaqların oyuncaqları toz-torpaq altında qalırsa, yaşlıların beli kədərdən bükülürsə, anaların göz yaşları qurumursa bunun bir adı var - insanlıq ölür.

Müharibədə onu başladanlar yox, günahsızlar qurban olur. Unutmayaq, hər kəs haqlı olaraq yaşamaq, sevmək və təhlükəsiz gələcək görmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 332

Oxşar yazılar