"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu - VİDEO
06 sentyabr 2023 19:30 (UTC +04:00)

"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu - VİDEO

SOCAR "Azəriqaz" İB-nin sahibkarlarla bu həftəlik görüşü Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş tutub.

Lent.az xəbər verir ki, aksiyanı giriş sözü ilə açıq elan edən Salyan RQİİ-nin rəisi sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını və Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Daha sonra KOBİA-nın nümayəndəsi çıxış edərək sahibkarlara hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb. Mikrofon önünə keçən sahibkarların müraciətləri debitor borcun hissə-hissə ödənilməsində tətbiq edilən güzəştlərin bu il də davam etdirilməsindən, istixana sayğacının yerinin dəyişdirilməsindən, bəzi hallarda qazın təzyiqinin zəif olmasından ibarət olub.

"Açıq mikrofon"da səslənən problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar