Sosial şəbəkələr psixi sağlamlığa mənfi təsiri - ARAŞDIRMA
24 noyabr 2025 02:41 (UTC +04:00)

Sosial şəbəkələr psixi sağlamlığa mənfi təsiri - ARAŞDIRMA

0

Meta şirkəti sosial şəbəkələrin psixi sağlamlığa mənfi təsiri ilə bağlı əldə etdiyi nəticələri gizlədib.

APA xəbər verir ki, bu barədə Reuters yazıb. 

Məlumata görə, şirkət hələ 2020-ci ildə Facebook və Instagram-ın istifadəçilərin psixoloji vəziyyətinə təsirini araşdırıb və sosial şəbəkələrin zərərli olduğuna dair sübutlar tapıb.

Araşdırmanın nəticələri göstərib ki, Facebook-dan bir həftə uzaq qalmaq insanlarda:

  • depressiya hissini,

  • narahatlığı,

  • təkliyə qapılmanı

  • və sosial müqayisə ehtiyacını

əldə nəzərəçarpacaq dərəcədə azaldır.

Lakin Meta bu nəticələri heç vaxt ictimaiyyətə açıqlamayıb.

Şirkətin bir əməkdaşı vəziyyəti belə təsvir edib:
“Bu, sanki tütün şirkətlərinin siqaretin zərərli olduğunu bilməsinə baxmayaraq bunu gizlətməsi kimidir.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar