Sumqayıtda avtobus palçıqlı yolda batdı - VİDEO
11 dekabr 2025 10:46 (UTC +04:00)

Sumqayıtda avtobus palçıqlı yolda batdı - VİDEO

0

Dünən yağan aramsız yağış Sumqayıtda da avtomobillərin hərəkətini iflic edib.

Lent.az xəbər verir ki, intensiv yağış nəticəsində şəhərin bəzi yolları yararsız vəziyyətə düşüb və avtomobillər üçün keçilməz olub.

Belə hallardan biri 9 nömrəli orta məktəbin qarşısında da qeydə alınıb. Qeyd olunan ərazidə avtomobil yolu tam yararsız hala düşüb. Yolun bəzi hissəsində çökmələr meydana gəlib və palçıq ətrafı bürüyüb. Nəticədə sərnişin avtobusu həmin yararsız yolda batıb. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, şəhərdə kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı mühüm layihəyə başlanılıb: "Qeyd olunan ərazidə də yeni kanalizasiya xətti çəkilib. Həmin hissədə işlər yekunlaşmaq üzrədir. İşlər tam yekunlaşdıqdan sonra ərazidə asfaltlanma işləri aparılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar