Sumqayıtda qaz kəsiləcək
04 sentyabr 2025 17:17 (UTC +04:00)

Sumqayıtda qaz kəsiləcək

0

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.

Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar