Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakının daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur:
- Səbail rayonu – Bünyad Sərdarov küçəsi;
- Nəsimi rayonu – Füzuli küçəsi (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək).
Bu barədə Lent.az-a AYDA-dan məlumat verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

