Dünya şöhrətli futbolçu Devid Bekhem və həyat yoldaşı, dizayner Viktoriya Bekhem ukraynalı uşaqlara və onların analarına 1,3 milyon dollar bağışlayıb.
Lent.az UNİAN-a istinadən xəbər verir ki, vəsait Ukraynada müharibə qurbanlarına yardım üçün istifadə olunacaq.
Bundan əlavə, cütlük öz xeyriyyə fondu vasitəsilə pul yığmağa başlayıb.
Pul UNİCEF-ə bağışlanacaq. Hər kəsdən ianələrə qoşulmaq xahiş olunub.