Abşeron yarımadasının ən böyük kəndlərindən biri olan Maştağadayıq. “Şamxal hamamı”nın qarşısında dayanmışıq. Burada bu hamamın tarixi mədəniyyət nümunəsi olmasını əks etdirən yazı və ya lövhə də yoxdur. Keçək içərisinə. İçəridə məişət tullantıları atılıb. Burada bir lövhə var. Deyəsən, bu, hamam haqqında olan məlumat lövhəsidir. Elədir ki, var. “3188 inventar nömrəsi ilə qeydiyyata alınan abidə dövlət tərəfindən qorunur” yazılıb. Buna qorumaq demək olarsa. Üst-başımızın toz içində olmasından yəqin ki, vəziyyətin nə yerdə olduğunu gördünüz. 17-ci əsrə aid olan bu mədəniyyət nümunəsinin necə qorunması göz qabağındadır. Bir zamanlar canımızı təmizləyən bu hamam hazırda zibilliklərin cəngində can verir. Bu biabırçılqıdır. Buradan keçməyə də yer yoxdur. Hamamın bu vəziyyətə düşməsində buranı zibilliyə çevirən sakinlərin də günahı var. Abidə tozun-torpağın içində olamaqla yanaşı, dayaqları uçlub, dağılır və divarları nəmişlikdən kif bağlayıb. Keçmişdən gələcəyə uzanan və tarixə qovuşan böyük tarix belə gedərsə, yox olacaq. İlk baxışdan zibil poliqonunu xatırladan hamamın qapılarının dirəkləri də çürüyərək tamamilə sıradan çıxıb. Hamamın içində olan yuyunma otaqlarından birinin qapısı da uçulub, yerə düşüb. Bir sözlə, bu mədəniyyət abidəsinin nə dərəcədə təhlükəli olduğunu yalnız huraya gələrək, öz gözünüzlə görməlisiniz. Bir zamanlar insanları təmizliyə qovuşduran bu hamamın indi özünün təmizliyə ehtiyacı var. O olmasın, bu olsun” filmindən bir fraqment yadıma düşdü. Yayın istisində harada sərinləmək olar, qışın soyuğunda harada qızınmaq olar, adam harada pak olar-Hamamda. Yəqin ki, söhbət “Şamxal hamamı”ndan getmir, gedə də bilməz. Heç paklıqdan danışmağa belə dəyməz. Hətta bura çəkiliş üçün girməyə belə cəsarət lazımdır. Hazırda bizim dayandığımız yer belə çöküb. Yəqin ki, dayanmağımdan hiss edirsiniz ki, qorxa-qorxa dayanmışam. Bu gün tarixi özündə yaşadan və elə tarixin özü olan, dövlət qeydiyyatına alınan əksər tarixi hamamlarımızda vəziyyət eynidir. Amma nədənsə Mədəniyyət naziri Anar Kərimov deyir ki, abidələrin bu vəziyyətə düşməsində vətəndaş günahkardır: “Bu təkcə dövlətin məsuliyyəti deyil. Baxımsız hesab edilən hamam zibil atmaq vətəndaşın məsuliyyətidir. Bunların sayı çoxdur regionlarda da. Mədəniyyət nazirliyi tərəfindən kompleks tədbirlərin keçirilməsi planlaşdırılır. Belə abidələrin sayının çox olduğundan Mədəniyyət Nazirliyinin resursları məhduddur. Burada biz başqa yanaşmaları da fikirləşməliyik. Özəl sektorla tərəfdaşlığın qurulması və eyni zamanda cəmiyyətimizin mədəni irsimizə həssaslığın artırılması”. Bunu anladıq, cənab nazir. Amma məsələ orasındadır ki, baxımsızlıqdan uçulub-dağılan və “dövlət tərəfindən qorunur” lövhəsi vurulsa da, heç bir mühafizə xidmətinin belə olmadığı bu hamam təbii ki, məsuliyyətsiz vətəndaşın zibil məkanına çevriləcək. Bu ayrı məsələ. İndi hamını düşündürən bir sual var: Bu gün siçovulların və digər gəmiricilərin sevimli məkanına çevrilən “Şamxal hamamı” nə vaxt təmir ediləcək? Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sualımıza cavab olaraq bildirdi ki, heç vaxtı yoxdur, tədbirə hazırlaşır, araşdırıb, məlumat verəcəyik.
SOSİAL
- Ana səhifə
- SOSİAL
Tarixi abidə, yoxsa zibil poliqonu? - 4 əsrlik hamamdan VİDEO REPORTAJ
- Şimşək çaxır, yağış yağır - GÜNÜN HAVASI
- Niyə insanlar yaşlandıqca daha az gülümsəyirlər? - Tədqiqat
- Azov dənizində PUA hücumunda yaralanan gəmi kapitanından xəbər yoxdur
Oxşar yazılar
XƏBƏR LENTİ
17:49Dünyanın ən bahalı 5 yeməyi: beluqa kürüsü ilə 10 min avroluq pizza
17:18 İlk dəfə: Həkimlər uşağın ölümünə kömək etdilər - şok hadisənin TƏFƏRRÜATLARI
16:47Təyyarədə bu yeri seçənlər kabus yaşayır: görəndə iki dəfə düşünün
16:27Fransada təyyarə yerə çırpıldı, 11 nəfər öldü
16:1620 yaşlı qız gizli sevgilisi ilə nişanlısını uçurumdan itələdi
15:45Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
15:31Gəncədə FACİƏ: sükan arxasında infarkt keçirən sürücü öldü
15:14Qadın ölümünü məktubdan öyrəndi
14:49Fransada rekord istilər minə yaxın insan öldü
14:43İlin toyunun TƏFƏRRÜATLARI açıqlandı: küçələr bağlanacaq
14:12Günəş səmadan 2 dəqiqədən çox müddətə yoxa çıxacaq: nadir hadisə bu tarixdə olacaq
13:41Ziqmund Freydin nəvəsi yorğun dövlət qulluqçusunu necə 39 milyon dollarlıq şah əsərə çevirdi
13:23Çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ! - Güclü külək olacaq
13:10Neymarın nişanlısı ofsaydların məntiqsiz olduğuna inanır: onları başa düşmür
13:00Azərbaycanda ən güclü külək Bakıda əsir, rayonlarda yağış dayanmır - GÜNÜN HAVASI
12:39"Göy çayı" layihəsi: Çin göydən yağan yağışları "oğurlamağa" cəhd edib
12:31Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
12:08Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir
11:40Ağdərədə AĞIR QƏZA: avtobus aşdı, xeyli sayda yaralı var
11:37Dini ayinlər beyinə narkotik kimi təsir edir: elm adamlarının İDDİASI
11:06Arıqlama dərmanı “Ozempik”in yeni təhlükəsi barədə XƏBƏRDARLIQ
10:59DÇ-2026: Hamı Messidən danışır - Gündəm oldu
10:04Təhlükəli motosiklet sürücüsünü polis saxladı
09:58Hər gün yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
09:30Günün hava proqnozu
09:29DÇ 2026: pley-off mərhələsinə yüksələn komandalar barədə SON VƏZİYYƏT
09:09Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR
09:00Günün ulduz falı
08:30Günün məzənnəsi
07:59DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finalda
06:32Dünyada hər beş nəfərdən birinin gözlənilməz ölüm səbəbi açıqlandı
05:32DÇ-2026: Portuqaliya və Kolumbiya növbəti mərhələyə yüksəldi
04:42Kim tez-tez rəngarəng yuxular görür?
03:06DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finalda
02:02Hava Limanı yolunda iki avtomobil toqquşdu
01:27Süd orqanizm üçün düşündüyünüzdən daha faydalıdır - ARAŞDIRMA
00:23Almaniyada yeni temperatur rekordu
23:03Rafel Fiziyevdən nakautla QƏLƏBƏ
22:40UFC: Şara Maqomedovdan BAKIDA GERİDÖNÜŞ
22:30Pakistanda terror hücumu: ölənlər var
21:53UFC: Nazim Sadıxov nakautla MƏĞLUB OLDU
21:36UFC: Almabayevdən İNAMLI QALƏBƏ
21:04Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var
20:50UFC: Fərman Həsənovdan mükəmməl debüt
20:30Sabahın hava proqnozu
20:15Gülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər
20:00Mətbəxdəki bu əşyalardan dərhal qurtulun - Evin bərəkətini qaçırdır
19:53Heç vaxt xarab olmayan Çin avtomobilləri
19:50Əsl futbolsevərlərin oxumalı olduqları 7 KİTAB
19:45Bakıda BYD "Prius"la toqquşdu - VİDEO
19:4090-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
19:34Tovuzda maşın aşdı, ölən və yaralananlar var - YENİLƏNİB
19:32Bakıda qadın evində ölü tapıldı
19:26Ermənistanda hərbçi özünü öldürdü
19:13Xiaomi 2026-cı ilin ən ucuz smartfonunu təqdim etdi: Redmi 17C nələr təklif edir?
19:11Güclü sel Şəkidə kəndlərin yolunu bağladı - VİDEO
18:55Bu yay hər şeyi dəyişəcək: şanslı olacaq 4 BÜRC
18:39Şamaxıda kişi nişanlısı ilə mesajlaşan qardaşı qızını döydü
18:21"Messi mənə qol vurmasın deyə, əlimdən gələni edəcəm" - Vozinha
18:04Hökməlidə kişinin meyiti evin həyətində tapıldı