TƏBİB-dən yaralanan mülki şəxslərlə bağlı AÇIQLAMA
14 sentyabr 2022 14:46 (UTC +04:00)

TƏBİB-dən yaralanan mülki şəxslərlə bağlı AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs - Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıb.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın doppler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində əməliyyat edilməsi qərara alınıb.

# 2151
avatar

Fidan İlqar

Oxşar yazılar