Təhsil sektorunda daha bir KORRUPSİYA
22 sentyabr 2023 12:32 (UTC +04:00)

Təhsil sektorunda daha bir KORRUPSİYA

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

# 2391
avatar

Oxşar yazılar