İstanbulda bir nəfər əvvəllər işlədiyi ət mağazasından təzminatını ala bilmədiyi üçün həmin mağazanı gülləbaran edib.
Lent.az xəbər verir ki, axşam saatlarında İstanbulun Sultanbeyli rayonunda yerləşən mağazanın önünə gələn avtomat silahla silahlanmış şəxs iki güllə darağını mağazaya tərəf boşaldıb.
Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb. Həmin şəxs daha sonra hadisə yerinə gələn polis tərəfindən tərksilah olunub.
Hadisənin video görüntüsünü sizə təqdim edirik: