"TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir
02 sentyabr 2021 08:39 (UTC +04:00)

"TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir

0

 

"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1878

Oxşar yazılar