Ronaldo Dünya çempionatı pley-off mərhələsinin ən yaşlı qol vuran  oyunçusudur
03 iyul 2026 13:14 (UTC +04:00)

Ronaldo Dünya çempionatı pley-off mərhələsinin ən yaşlı qol vuran oyunçusudur

0

Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Dünya çempionatı pley-off tarixində ən yaşlı qol vuran oyunçu olub.

Lent.az-ın məlumatına görə, 1/16 final mərhələsində Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldo 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qol vurub. O, bunu 41 yaş 148 günlüyündə edib.

Ronaldo 2022-ci il Dünya çempionatı 1/8 final mərhələsində İsveçrəyə qarşı 39 yaş 283 günlüyündə qol vuran Portuqaliya millisinin müdafiəçisi Pepenin rekordunu keçib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar