Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ
12 yanvar 2023 16:59 (UTC +04:00)

Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ

Türk Xalq Musiqisinin sevilən sənətçisi Burhan Çaçan 62 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, o, bu dəqiqələrdə İstanbuldakı evində həyatını itirib.

Müğənninin ürəktutmasından öldüyü məlum olub.

Xatırladaq ki, 17 oktyabr 1960-cı ildə Ağrı bölgəsində Eleşkirt kəndində dünyaya gələn Burhan Çaçan 1978-ci ildə Ərzurum Radiosunun təşkil etdiyi yarışmanı qazanıb. Yarışmadan sonra Ankaraya və İstanbula gedib. İlk albomunu 1981-ci ildə çıxaran sənətçi "Sefa Geldin", "Ben Yarime Neler Alayım", "İpek Mendil", "Memik Oğlan", "Ayaz Geceler", "Yağ Yağmur" və "Vurun Dalgalar" adlı albomları ilə musiqi dünyasında populyarlaşıb. 

O, bundan başqa, "Ağlama", "Her Yer Karanlık", "Ayaz Geceler" və "Yağ Yağmur" adlı filmlərdə rol alıb. 

.

# 2856
avatar

Nigar Namiq

Oxşar yazılar