Vahid Ələkbərov 3 milyard İTİRDİ
03 may 2022 13:06 (UTC +04:00)

Vahid Ələkbərov 3 milyard İTİRDİ

Rusiyanın ən varlı sahibkarları ilin əvvəlindən 45,484 milyard dollar itiriblər. Ən çox itki isə “Novatek” və “Sibur”un ortaq sahibi Gennadi Timçenkoda olub. Onun sərvəti təxminən 7 milyard dollar azalıb.

Lent.az “Bloomberg Billionaires Index”də (BBI) istinadən xəbər verir ki, hazırda biznesmen 15,5 milyard dollara sahibdir.

Reytinqdə dünyanın 500 ən varlı adamı yer alıb, onlardan 23-ü Rusiya vətəndaşıdır və 328,04 milyard dollara sahibdirlər.

Rus iş adamları arasında birinci yeri “Norilsk Nikel”in əsas sahiblərindən biri olan Vladimir Potanin tutur, onun sərvəti 31,5 milyard dollar qiymətləndirilir. Potaninin sərvəti ilin əvvəlindən 645 milyon dollar artıb.

“Novatek”in ortaq sahibi Leonid Mixelson 6,48 milyard dollar itirib və hazırda 26 milyard dollara sahibdir.

“Novolipetsk” Dəmir və Polad Zavodunun (NLMK) direktoru və əsas səhmdarı Vladimir Lisin 23,7 milyard dollar sərvəti ilə BBI reytinqində üçüncü yeri tutur, bir neçə ayda 4,27 milyard dollar itirib.

“Severstal”ın əsas sahibi Aleksey Mordaşov 23,5 milyard dollara sahibdir. O, 5,33 milyard dollar itirib.

USM holdinqinin təsisçisi Əlişir Usmanovun sərvəti 19,6 milyard dollardır. Onun itkisi isə 1,63 milyard dollar təşkil edir.

“Lukoil”in keçmiş rəhbəri Vahid Ələkbərov 18,7 milyard dollara sahiblik edir. Onun itkisinə gəlincə, bu rəqəm 3,09 milyard dollardır.

“EuroChem” və SUEK-in keçmiş əsas benefisiarı Andrey Melniçenkonun 18,3 milyard dolları var. O, sərvətini 853 milyon dollar artırıb.

“Renova” qrupunun rəhbəri və sahibi Viktor Vekselberq 16 milyard dollara sahibdir. Onun itkisi isə 2,43 milyard dollardır. Milyarder Süleyman Kərimov 14,4 milyard dollar sərvətə malikdir. Onun itkisi isə 834 milyon dollar təşkil edib.

# 2481
avatar

Fidan İlqar

Oxşar yazılar