Vəsiyyətnamə necə tərtib edilməlidir? - CAVAB
22 noyabr 2023 15:22 (UTC +04:00)

Vəsiyyətnamə necə tərtib edilməlidir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu vəsiyyətnamənin verilməsi ilə bağlıdır.

Qanunvericilikdə vərəsəliyin 2 forması – qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik nəzərdə tutulub. Qanun üzrə vərəsəlik – vəsiyyətnamənin olmadığı təqdirdə və yaxud vəsiyyətnamədə nəzərdə tutulmayan miras əmlakın növbəlilik əsasında vərəsələr arasında bölüşdürülməsinə əsaslanır.

Vəsiyyət üzrə vərəsəlik - fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün şəxs vəsiyyətnamə tərtib etməlidir.

Vəsiyyətnamə necə tərtib edilməlidir?

Lent.az xəbər verir ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir.

Notariat qaydasında təsdiq olunan vəsiyyətnamə mütləq miras qoyan tərəfindən tərtib olunur. Notariusun olmadığı yerlərdə isə müvafiq icra orqanları təsdiq edirlər.

# 9120
avatar

Fidan İlqar

Oxşar yazılar