12 illik təhsilə keçid: yeni xidmətlər yaradılır...
29 mart 2013 14:47 (UTC +04:00)

12 illik təhsilə keçid: yeni xidmətlər yaradılır...

Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin ( TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. Həmin vəsaitin bir hissəsinin  məsləhətçi xidmətlərə sərf edilməsi nəzərdə tutulub.  Xidmətlərin məqsədi 11 illik təhsil sistemindən 12 illik   sistemə keçidlə bağlı məsələlərin, çətinlik və imkanların dəqiq təhlilini təmin etməkdir.  

Xidmətlərin icra müddəti 12 aydır.  Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar  özləri haqda olan məlumatları və sənədləri (müraciət məktubu, xidmətlərin təsviri,  heyət haqqında məlumat, nizamnamə) Təhsil Nazirliyinin müvafiq şöbəsinə  təqdim etməlidirlər.

# 1595

Oxşar yazılar