13 özəl uşaq bağçasına rəy verilib
29 mart 2013 15:58 (UTC +04:00)

13 özəl uşaq bağçasına rəy verilib

 

Ötən il ərzində özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələrinin dövlət

qeydiyyatına alınması ilə bağlı  13 özəl uşaq bağçasına rəy verilib. Bu barədə Lent. az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Cari ildə müxtəlif məsələlərlə bağlı vətəndaşların 46 ərizə və şikayətlərinə, ayrı-ayrı təşkilatlardan  daxil olmuş 41 məktuba baxılıb, müvafiq cavablar verilib.

 

Hazırda ölkədə 113517 uşağın tərbiyə aldığı 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət  göstərir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 13 müəssisədə 22 xüsusi qrup fəaliyyət göstərir. Bununla yanaşı, 4 sanitar tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Hazırda ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 44 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1900 uşaq təlim-tərbiyə alır.  Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda 16%-dir.

# 1074

Oxşar yazılar