İyunun 30-da keçirilən imtahanın nəticələri açıqlanıb
01 iyul 2019 15:37 (UTC +04:00)

İyunun 30-da keçirilən imtahanın nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da keçirilən imtahanın nəticələri açıqlanıb.

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak edən

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları imtahanın nəticələrinə DİM-in internet saytında baxa bilərlər.

9 illik orta təhsil bazasında  kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar