Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələri müsadirə edilərək zərərsizləşdirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2017-ci il ərzində "Referans pharmaceuticals" , "Radez", "Loğman farm", "Si Medical", "Zeytun pharmaceuticals", "Qırxbulaq" , "Eco-B Tam Xarici İnvestisiyalı", "Trokas pharma" və s. firmalar tərəfindən müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək ekolojı poliqonda məhv edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkəyə idxal olunan və Azərbaycan Respublikasında qeydiyyatda alınmamış, keyfiyyət baxımından normativlərə cavab verməyən bəzi dərman preparatlarının və bioloji aktiv maddələrin topdan satışına qadağa qoyulub.
Bakı Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə hüquqi şəxslər tərəfindən ölkəyə gətirilən külli miqdarda dərman vasitələri müsadirə edilərək ekolojı poliqonda məhv edilib:
"Life international" MMC-nin idxal etdiyi Litva mənşəli Eyfarion №30 - 3420 ədəd, 3420 avro dəyərində, "Qırxbulaq" MMC-nin idxal etdiyi Rusiya mənşəli Karipazim 350 PE - 6684 ədəd, 20052 rubl dəyərində, "Radez" MMC-nin idxal etdiyi Rusiya mənşəli Kamforma yağı 30 ml - 13920 ədəd, 109550.40 rubl dəyərində və Trisol 200 ml - 420 ədəd, 9744 rubl dəyərində, "Amex" MMC-nin idxal etdiyi Portuqaliya mənşəli Bertocil göz damcısı - 1200 ədəd, 1260 avro dəyərində, "Trokas Pharma" MMC-nin idxal etdiyi Türkiyə mənşəli Drastop 200mg/2 ml №10 - 800 ədəd, 9184 ABŞ dolları dəyərində, "Stomdent" MMC-nin idxal etdiyi Rusiya mənşəli Endasept - 30 ədəd, 1767 rubl dəyərində, "East-Vest Azərbaycan" MMC-nin idxal etdiyi Koreya mənşəli Unicenta - 7 qutu, 60 ABŞ dolları dəyərində, "Loğman Farm" MMC-nin idxal etdiyi Rusiya mənşəli Biprol 5mq №30 - 100 ədəd, 47 avro dəyərində; "BVS" MMC-nin idxal etdiyi Türkiyə mənşəli Categel - 50 ədəd, 36.50 ABŞ dolları dəyərində, "Floru-Sun" MMC-nin idxal etdiyi Türkiyə mənşəli Trofika Baby - 3000 ədəd, 2550 ABŞ dolları dəyərində, "Zeytun Pharmaceuticals" MMC-nin idxal etdiyi Gürcüstan mənşəli Calsium 500 mg №100 - 9915 ədəd, 54036.75 ABŞ dolları dəyərində, Glucose 40% 4 ml №10 - 12660 ədəd, 6330 ABŞ dolları dəyərində, Lidocaine 2 % 2ml №10 - 4600 ədəd, 1380 ABŞ dolları dəyərində, Venofer ampul №5 - 1010 ədəd, 15655 ABŞ dolları dəyərində, Ferrosanol sirop 150 ml - 520 ədəd, 1258.40 ABŞ dolları dəyərində, Amiodaron №10 - 1808 ədəd, 3423.80 ABŞ dolları dəyərində, Phoqam UF plus 300 mg - 150 ədəd, 6750 ABŞ dolları dəyərində, Rusiya mənşəli Ranitidin 150 mg №20 - 12000 ədəd, 1800 ABŞ dolları dəyərində, Verapamil 0.25 % 2ml №10 - 20 ədəd, 639.60 rubl dəyərində, Ukrayna mənşəli Analgin 2 ml №10 - 19900 ədəd, 13731 ABŞ dolları dəyərində, Türkiyə mənşəli Drastop 200mg 2 ml №10 - 160 qutu, 1836.80 ABŞ dolları dəyərində, Gelofusine 500 ml 40 mg - 8000 ədəd, 23060 ABŞ dolları dəyərində, D-3 Ferol 15 ml - 10000 ədəd, 7000 ABŞ dolları dəyərində, Betaserc 24 mg №20 - 1000 ədəd, 980 ABŞ dolları dəyərində, Duphalac sirop 300 ml - 1500 ədəd, 3150 ABŞ dolları dəyərində, Cathejel - 6000 ədəd, 4860 ABŞ dolları dəyərində, Orqalutran 0.25 mg 0.5 ml - 1500 ədəd, 19425 ABŞ dolları dəyərində, Politeks 5% mamutolurozolun - 1500 ədəd, 2835 ABŞ dolları dəyərində, Proforol-R Lipuro 1% 20 ml - 4000 ədəd, 11760 ABŞ dolları dəyərində, Proforol-R Lipuro 1% 50 ml - 2500 ədəd, 4850 ABŞ dolları dəyərində və Tobradex R - 4000 ədəd, 3880 ABŞ dolları dəyərində.
Məhv edilən dərman preparatları və qida əlavələrinin ümumi dəyəri 352000 manat təşkil edir.