“Bu il 20 min köçkün yeni evlərə köçürüləcək”
16 aprel 2013 00:05 (UTC +04:00)

“Bu il 20 min köçkün yeni evlərə köçürüləcək”

0

 

“ Sosial məsələlərlə bağlı biz ilk növbədə məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş verib”.

 

 

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev deyib.

 

 

Prezident Müşfiqabad və Masazır qəsəbələrində istifadəyə verilmiş şəhərciklərdən danışıb, Mingəçevirdə də belə şəhərciyin açılacağını qeyd edib.

 

 

Dövlət başçısı bildirib ki, bu şəhərciklərdə bütün mənzillər yüksək keyfiyyətlə tikilib, bütün infrastruktur qurulub: “Dövlət Neft Fondundan bu il 300 milyon manat yalnız tikinti işlərinə ayrılıb. Artıq Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayrılıb, istisna olunmur ki, gələcəkdə də, bu ilin sonuna qədər yenə də ayrılacaq. Biz demək olar ki, hər il köçkünlər üçün yeni bir şəhər salırıq. Bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Artıq yataqxanalardan köçürülmə prosesi başlanıb, vaxtilə fin qəsəbələrində məskunlaşmış köçkünlər artıq bu il tamamilə oradan köçəcək və “fin qəsəbəsi” anlayışı “çadır şəhərciyi” anlayışı kimi birdəfəlik aradan götürüləcək”.

 

 

Prezident qeyd edib ki, bununla yanaşı, hələ də çətin, ağır vəziyyətdə yaşayan köçkünlərin olması barədə məlumatı var: “Məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda, hərbi hissələrin ərazilərində. Onların köçürülməsi də təmin ediləcək. Bu məsələ həm bizim büdcəmizdə, Dövlət Neft Fondunun büdcəsində və ümumiyyətlə, Azərbaycanda diqqət mərkəzində olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 746

Oxşar yazılar