“Azərsu” müsabiqə elan etdi
29 mart 2013 15:38 (UTC +04:00)

“Azərsu” müsabiqə elan etdi

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar KİV nümayəndələri arasında “Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda  müsabiqə  elan edib.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Heydər Əliyevin 1970-1980-ci illərdə, eləcə də  dövlət müstəqilliyinin bərpasından sonra respublikanın su təchizatı sektorunun inkişafındakı xidmətlərinin  təbliğidir.

 

Müsabiqədə həm yazılı, həm də elektron KİV nümayəndələri iştirak edə bilərlər. Məqalələr dərc olunmuş şəkildə 2 nüsxədə, eləcə də A4 formatda çap (4 nüsxədə, müəllifin imzası  göstərilməmək şərtilə) və elektron variantda  (Times New Roman şriftində - 12, CD formasında), telesüjetlər isə DVD formatında təqdim olunmalıdır.  Yazılar 7 min işarədən, telesüjetlər isə 4 dəqiqədən az olmamalıdır.
Müsabiqəyə 1-30 aprel tarixlərində dərc edilmiş məqalə və efirə verilmiş telesüjetlər qəbul olunacaq.  Müsabiqədə I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün 600 manat və  hər biri 300 manat məbləğində həvəsləndirici mükafatlar nəzərdə tutulub. Müsabiqəyə təqdim olunacaq məqalələr və telesüjetlər  Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.

# 1433
avatar

Oxşar yazılar