Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”nin açılış mərasimi keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
Açılış mərasimində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ulliş, layihə iştirakçıları və Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak edib. Mərasimi giriş nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu layihədə iştirak etmək üçün Almaniyanın Lüdviq Maksimillian Universiteti, Berlin Texniki Universiteti, Leypziq Universiteti və digər tanınmış universitetlərindən gəlmiş tələbələri ölkəmizdə və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib.
“Bakı Qış Neft Məktəbi”nin açılış mərasimi keçirilib
0
0
0
0