“Bu mərasimlərdə öldürülən pişiklərin qanını içib, ətini yeyirlər”
12 iyun 2009 18:30 (UTC +04:00)

“Bu mərasimlərdə öldürülən pişiklərin qanını içib, ətini yeyirlər”

Satanizm gəncləri harada, necə və nə ilə yaxalayır?

İstanbulda Beşikdaş ərazisində zibilxanada cəsədi tapılan Münəvvər Karabulutun (18 yaş) qətli ilə satanizm yenidən gündəmə gəldi. Karabulut ailəsi qızlarının satanist cinayəti səbəbiylə öldürüldüyünü düşünür.

Prokuror, İstanbulun Ortaköy rayonunda Şehriban Coşqunfıratın öldürülməsi ilə əlaqədar verdiyi qərarda satanizmin Türkiyəyə 1980-ci illərdə Amerikalı bir rəssam tərəfindən gətirildiyini bildirir. Bunu isə Samsun Milli Təhsil Şöbəsi Rəhbərlik və Araşdırma Mərkəzilə əlaqələndirir. Ancaq Türkiyənin satanist aksiyaları ilə 1998-ci ildən üzləşdiyi ifadə edilir. Həmin il Aslı Yardımcı ilə Alp Cenan Yuğaç, Ataköydəki bir binanın 15-ci mərtəbəsindən “Biz bu dünyaya aid deyilik” şüarı ilə özlərini aşağı atmışdılar.

1999-cu ildə isə Ortaköy qəbiristanlığında yarısı torpağa basdırılmış bir qız cəsədi tapıldı. 18 yaşlı Şehriban Coşqunfıratın satanizm cinayətinə qurban getdiyi aşkarlandı. Coşqunfıratı şeytana qurban etmək məqsədi ilə öldürən Ömər Çelik, Engin Arslan və Zinnur Gülşah Dinçər həbs olundu. 2002-ci ildə isə Üsküdar Amerikan Kolleci tələbəsi Lara Falay Boğaziçi körpüsündən dənizə atılaraq, həyatına son qoydu. Atasının bu işlə bağlı təhqiqat aparmaq istəyini nəzərə alan polis qurbanın kompüterini araşdıraraq, burada satanizmlə bağlı söhbətlər getdiyini sübut etdi.

Türkiyənin gündəmindən düşməyən Münəvvər Karabulut cinayəti, 1999-cu ildə satanistlərin qurbanı olan 21 yaşlı Şehriban Coşqunfıratı yenidən gündəmə gətirdi. Ortaköydə Şehriban Coşqunfıratı “şeytana qurban etmək” məqsədi ilə öldürən Ömər Çelik, Engin Arslan və Zinnur Gülşah Dinçər “qəsdən adam öldürmək” və “oğurluq” əməli səbəbiylə 25 il 6 ay 20 gün ağır həbs cəzası ilə məhkum olundu. Bu şəxslərin vəkili onların günahsız olduğunu isbat etmək üçün çox çalışsa da bu məhkəmə tərəfindən qəbul olunmadı və məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum olundular. Qərarda, günahkarların “vəhşicəsinə adam öldürmə” sözünü diqqətə alaraq satanizm haqqında bu qərara gəlindi: “Şahidlərin və Məhkəmə Tibb Ekspertizasının rəyi nəticəsində bəlli oldu ki, şeytandan əmr gəlməsi ilə cinayət işi törədilib. İnsanı qurban etməyin vəhşicəsinə bir əməl olduğu hamıya bəllidir. Satanistlərə görə, qan “həyat gücünü” təmsil edir. Bu səbəblə də satanistlər ilahələri və şeytanları sakitləşdirmək üçün insanları qurban verməkdən daha yaxşı yol bilmirlər. İnsanı qurban etməkdə məqsədləri isə öldürülən adamın qanından aldıqları enerji ilə şeytani gücü artırmaqdır. Satanistlər, şeytanın pişiyi sevdiyini düşünərək, pişik öldürmə mərasimləri keçirirlər. Pişik qanı ilə öz qanlarını birləşdirərək, şeytana güc verdiklərinə inanırlar. Bu mərasimlərdə öldürülən pişiklərin qanını içib, ətini yeyirlər. Bəzi mərasimlərin sonuna yaxın qrup halında seksə başlayırlar. Bütün dinlərə qarşı düşmənçilik hissi bəsləyirlər.”

Satanizm hərəkatı

Satanizm, əsasən Xristianlığa, həmçinin bütün dinlərə qarşı çıxan bir hərəkatdır. Söz olaraq “şeytana inanmaq, sitayiş etmək” mənasını verir. Başda Xristianlıq olmaqla, bütün dinlərə qarşı üsyanı təbliğ edir.

İngiltərədə, Fransada, Almaniyada və əsasən Amerikada yayılıb. Modern satanizm amerikalı macar əsilli Anton Szandor Lavey tərəfindən qurulan Şeytanın Kilsəsi ilə ortaya çıxıb.

Satanizm internet yoluyla yayılıb

İzmir Polis İdarəsi tərəfindən satanizm mövzusunda hazırlanan bir arayışda diqqəti cəlb edən məlumatlar var. Həmin arayışa görə, Türkiyədə satanizm internet yoluyla yayılıb. Daha sonralar isə “heavy metal” qrupları vasitəsiylə ilk addımlarını ataraq, əsasən də gənclər arasında genişlənib.

Şeytana inananların çoxunun imkanlı ailələrin uşaqları olduğu, bu uşaqların da dinə və bir çox müqəddəs inanclara tapınmadıqları aşkara çıxıb. Gənclərin bu yola düşməsinin birinci səbəbi bu tip musiqilərə qulaq asmaları ilə başlayır. Sonra isə məsum dost görünüşlü qruplarla əlaqəyə girir.

Arayışda bildirilir ki, əsasən maddi vəziyyətləri yaxşı olan, evlərində kompüteləri və özünə aid otağı olan gənclərin bu cür əlaqələri internetdə “çat” deyilən qarşılıqlı söhbətləri nəticəsindən yaranır. “Çat” ünsiyyəti əsnasında satanistlər maraqlı söhbətə başlayırlar. Bu ilk addımdır, sonra isə satanistlər bu gənclərə məlumatlar verirlər. Məsələn, satanizmin keçmişi və gələcəyi, olduğu yerlərə yaxın musiqi mağazaları, nəhayət, adreslərini verib, bu şəxslərlə əlaqə qurmaqlarını istəyirlər. Beləliklə də öz istəklərinə çatırlar.

Türkiyədəki yayım vasitələri: “Non serviam”, “Şebek” (körpü altı), “Ölüm və cənazə”, “Mahşer”, “Esq və şərab”, “Şamain”, “Kadavra zine”, “Piramit zine”, “Mazinə”, “Sombre”, “Toprak”, “Rockline”, “Mat” jurnalları.

Türkiyədəki musiqi qurupları: “Satanic verses”, “Ehrimen”, “Pagan”, “Asceraus”, “Sarkofokos”, “Sagu”, “Hezzihill”, “Mopheus” kimi yerli metal qrupları.

İzmir polisinin hazırladığı arayışa görə, satanistlərin gerçəkləşdirmək istədikləri əsas aksiyalar bunlardır: “Sultanəhməd məscidinin dağıdılması. Taksimdə məscid tikilməsi nəzərdə tutulan yerin işğalı. Əl yazması olan Quranın unitaza, yaxud dənizə atılması. Bütün ibadətxanaların dağıdılması”.

Türkiyə mətbuatından çevirdi: Səbinə Əvəzqızı

# 1156
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar