![[b]Çay daşdı, süni gölün bəndi dağıldı[/b]](https://www.lent.az/storage/news/2019/april/15/big/45cc40e5d44fba66f7433dcb8877b332.jpg)
[b]Çay daşdı, süni gölün bəndi dağıldı[/b]
Bəzi xəbər saytlarında “Şamaxıda bənd uçdu, kəndi su basdı” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasian görə Bakı-Şamaxı-Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.
Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyininin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a bildirilib ki, hal-hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.
Magistral avtomobil avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə var.
"Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb, çay yatağında olan süni gölün bəndi uçub.
Bundan başqa, çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib".
Oxşar yazılar

Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02