(R) «Goldenpay» onlayn-ödəmələr üçün daha rahat interfeysi tətbiq etdi
11 aprel 2013 13:36 (UTC +04:00)

(R) «Goldenpay» onlayn-ödəmələr üçün daha rahat interfeysi tətbiq etdi

0

«GoldenPay» şirkəti kütləvi onlayn-ödənişlər sistemində müştərilərin əməliyyatlarını daha rahat edən interfeysi tətbiq edərək öz ödəmə xidmətlərini genişləndirdi.

 

«Jeyhun İmanov Studio» dizayn agentliyi ilə birgə yaradılan müştəri interfeysi mobil telefon, stasionar rabitə, kommunal operatorlar, internet-provayderlər və kabel TV şəbəkələrinin xidmətləri ilə bərabər Tələbə qəbulu dövlət komissiyasının saytında da tətbiq edilir. Bu zaman əməliyyatlar arasında naviqasiya sadələşdirilib, xidmət və şirkətlər üzrə ayrıca düymələr yaradılıb, ödəmə menyusuna giriş rahatlaşdırılıb, əməliyyatlar üzrə təlimatlar yaradılıb, müştərilərə isə onlayn texniki dəstək göstərilir. Yeni interfeysin yaradılması zamanı ödəmə sisteminin istifadəçiləri və onlayn xidmətlər göstərən şirkətlərin təklifləri nəzərə alınıb. Artıq hər hansı bir kütləvi onlayn xidmətlərin ödənilməsində problem yarandıqda, müştəriyə onun sorğusu əsasında bu xidmətlərin bərpa edilməsi barəsində ismarıc göndərilir.

 

Onlayn-ödəmələrin üstünlüklərini dəyərləndirən müştərilər üçün «GoldenPay» yeni ödəmə alətləri də təklif edəcək. Onlar arasında onlayn sığorta və bank xidmətləri mümkün olacaq. Sistemin imkanları həmçinin daha çox bölgələri əhatə edən rabitə qovşaqları hesabına genişlənib. Belə ki, artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Quba və Şirvan şəhərləri ilə bərabər, 50-dən çox digər şəhər və rayon mərkəzlərinin sakinləri stasionar telefonlar üzrə danışıq və abunə borclarını onlayn ödəyə bilərlər. Yeni əlavə olunan bölgələr siyahısına Ağdaş, Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qəbələ, Qax, Qazax, Qobustan, Qusar, Lerik, Masallı, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab şəhərləri daxildirlər. Bu növ onlayn-ödəmələr üçün müştərilərə «Stasionar telefonlar» bölməsində «Aztelekom-BTRİB» düyməsini tıklamaq kifayətdir. Yaxın gələcəkdə isə stasionar rabitə və kommunal xidmətlər üzrə onlayn ödəmələr «GoldenPay» tərəfindən Naxçıvan Muxtar Respublikasının sakinlərinə də təklif olunacaq.

 

2007-ci ildə yaradılan «GoldenPay» 150-dən çöx dövlət və özəl şirkətlərin xidmətləri üzrə onlayn ödənişləri elektron kommersiya texnologiyaları əsasında və bank kartları vasitəsi ilə qəbul edir. Hal-hazırda şirkətin yaratdığı kütləvi ödənişlər modulu hesabına kommunal, mobil və stasionar rabitə, internet-provayder və kabel TV şəbəkələrinin xidmətləri onlayn ödənilir. Qeyd edək ki, «GoldenPay» sisteminin imkanlarından daima istifadə edən müştərilərin sayı artıq 100 minə yaxındır. İlin əvvəlindən bu istifadəçilər tərəfindən məcmu həcmi 9 mln. manata çatan 1 milyondan artıq əməliyyat qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1758

Oxşar yazılar