(R) "Asan İmza" Hesab.az elektron ödəmə portalına inteqrasiya edilib
26 noyabr 2013 17:41 (UTC +04:00)

(R) "Asan İmza" Hesab.az elektron ödəmə portalına inteqrasiya edilib

0

"Asan İmza" (mobil rəqəmli imza) Hesab.az elektron ödəniş portalına inteqrasiya edilib.

Mobil elektron imza, bank xidmətlərinin məsafədən avtorizasiya olunmasında istifadə olunur.

"Asan İmza"-nın tətbiqi bank müştərilərinə kredit və sığorta müqavilələri bağlamaq, elektron ödənişləri həyata keçirməyə və digər xidmətlərdən istifadə etməyə imkan yaradır.

"Asan İmza " mobil telefonu təhlükəsiz elektron şəxsiyyət vəsiqəsi kimi istifadə etməyə imkan verir.

Rəqəmli elektron imza və SMART-kart texnologiyasına əsaslanan "Asan İmza" elektron xidmətlərin təhlükəsiz istifadəsində və sənədlərin imzalanmasında istifadə oluna bilər.

Sisteminin əsasını, mobil operatordan əldə ediləcək xüsusi "Asan İmza"-ilə təchiz olunmuş Sim-kart təşkil edir. Sim-kart da şəxsi istifadə açarları, identifikasiya və imzalanma üçün zəruri olan xüsusi proqram təminatı saxlanılır.

Hazırda "Asan İmza" platforması Azərbaycanın mobil operatoru Azercell Telecom MMC-nin platforması ilə inteqrasiya edilib. Digər operatorların ("Bakcell" və "Azerfon") platformaları ilə inteqrasiya işləri başa çatmaq üzrədir.

 

Hesab.az portalı haqqında:

 

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “hesab.az” onlayn xidmət portalı, mobil operatorlar, İnternet- provayderlər, bütün kabel televiziya operatorlarının və kommunal şirkətlərin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bundan başqa, portalda lizing və bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Hazırda portalda qeydiyyatdan keçən 86.5 mindən artıq abunəçiyə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1764

Oxşar yazılar