(R) İlk dəfə: “Bank of Baku”-dan “Əmanət klubu” - əmanətçilərə güzəştlər klubu!
27 mart 2013 19:02 (UTC +04:00)

(R) İlk dəfə: “Bank of Baku”-dan “Əmanət klubu” - əmanətçilərə güzəştlər klubu!

Əmanətçilərin bank məhsullarından imtiyazlı şərtlərlə faydalanmasını təmin etmək məqsədilə “Bank of Baku” yeni “Əmanət Klubu” layihəsinə start verir. Bu kluba əmanət tarixçəsi ən az 12 ay olan hər bir əmanətçi üzv ola bilər. Klub üzvləri bankla əməkdaşlıq müddətinə görə 3 qrupa bölünür:

 

  • - Prestij (bankda əmanət tarixçəsi12 aydan 36 aya qədər olan əmanətçilər)
  • - Lüks (bankda əmanət tarixçəsi 36 aydan 60 aya qədər olan əmanətçilər)
  • - Elit (bankda əmanət tarixçəsi 60 aydan çox olan əmanətçilər)
     

Hər qrup daxilində əmanətlərin məbləğinə görə  3 kateqoriya mövcuddur. Hər qrupa uyğun əmanətçilərə xüsusi kartlar və imtiyazlar nəzərdə tutulub.

Kartın növündən asılı olaraq müştəri müxtəlif güzəştlərdən yararlana biləcək. Bura “Əmanət Klubu” üzvü üçün müxtəlif bonus faizlər, güzəştli şərtlərlə əmanətə bağlı kredit, pulsuz SMS bankçılıq və internet bankçılıq xidmətləri daxildir.

Müştərinin bankla əmanət tarixçəsi 2005-ci ildən etibarən sayılır və fasilələr tarixçə kimi nəzərə alınmır.

“Əmanət Klubu” barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: http://www.bankofbaku.com/az/savings-club/savings-club-for-clients.html .

Xatırladaq ki, “Bank of Baku”-nun əmanət portfelinin cəmi cari ilin fevral ayının sonuna olan məlumata görə, 288 mln. manatı aşıb.Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın əmanət portfeli 49 % artıb.

“Bank of Baku”-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə banka istənilən sualı vermək olar.

 

# 918
avatar

Oxşar yazılar