Akif Əlizadə elmə ayrılan maliyyədən səmərəli istifadəyə çağırdı
17 mart 2014 18:54 (UTC +04:00)

Akif Əlizadə elmə ayrılan maliyyədən səmərəli istifadəyə çağırdı

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə dövlət tərəfindən elmə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsindən nigarandır. AMEA-dan Lent.az-a verilən məlumata görə, o, AMEA-nın Elmi Müəssisələrinin Direktorları Şurasının iclasında bildirib ki, hər il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi layihələrə 6 milyon manat ayırır. “Bu, son 3 ildə 18 milyon manat təşkil edib. Lakin vəsaitlərin səmərəli istifadəsi alimlərdən böyük məsuliyyət tələb edir. Bəzi elmi tədqiqat avadanlıqları var ki, yarım milyon manat dəyərindədir, amma lazımi səviyyədə istifadə edilməsinə ciddi nəzarət tələb olunur”-deyə, akademik əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar