Azərbaycan Ordusu yeni uniformaya keçir
25 dekabr 2012 19:18 (UTC +04:00)

Azərbaycan Ordusu yeni uniformaya keçir

0

Azərbaycan Ordusu yeni uniformaya keçməyə hazırlaşır. Lent.az-ın hərbçilərdən əldə etdiyi məlumata görə, yeni geyimə keçid 2013-cü ilin yaz mövsümündən başlanacaq.

Hərbçilər üçün müəyyən edilmiş yeni səhra geyimi Türkiyə Silahlı Qüvvələrinin mövcud səhra geyiminin rəng baxımından bir qədər tündləşdirilmiş bənzəridir. Yeni uniformanın Azərbaycanda istehsalı üçün onu hazırlamış Türkiyənin TÜBİTAK mərkəzindən müvafiq icazələr alınıb.

Başlanğıc mərhələdə ordunun tam şəkildə, yaxud hansısa birliklərin yeni kamuflyaja keçidi barədə məlumatlar açıqlanmır. Məlumatda bildirilib ki, hələ bir il əvvəl – 2011-ci ilin iyun ayında Bakıda keçirilən hərbi parada iştirak edən Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün Türkiyədən məhdud sayda yeni uniforma alınıb.

Qeyd edək Ki, yeni uniformalar hazırlanarkən rəng seçimində TÜBİTAK Türkiyə ərazisinin kosmosdan görüntülərinə əsaslanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5916

Oxşar yazılar