Azərbaycanda fərdi məlumatlar xüsusi məktublarla sahibinə çatdırılacaq
09 iyul 2013 12:25 (UTC +04:00)

Azərbaycanda fərdi məlumatlar xüsusi məktublarla sahibinə çatdırılacaq

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, təqdimatı keçirilən məsələ “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qeyd olunub.

Ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilib, bu sahədə normativ hüquqi baza yaradılıb, zəruri infrastruktur qurulub, 2 min 580 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.  Eyni zamanda sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması üçün mühüm işlər həyata keçirilib: “Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmət əhalinin istifadəsinə verilib. Son 6 ayın statistikasına əsasən, bu xidmət, “Elektron hökumət” portalı vasitəsilə ən çox müraciət olunan elektron xidmətlar sırasındadır.  Bununla yanaşı, fərdi şəxsi hesaba malik vətəndaşların  heç də hamısının saytdan istifadə etmədiyini nəzərə alaraq,  bu gündən fərdi məlumatların öz sahiblərinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqinə başlayırıq”.

Tədbirdə qeyd olunub ki, bu məqsədlə Fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən xüsusi avadanlıq quraşdırılıb. Bu avadanlıq avtomatlaşdırılmış sistemdə olan hər bir sığortaolunanın fərdi hesabında müəyyən bir tarixə (məsələn, 01.01.2013-cü ilə) toplanan ümumi məbləği, həmçinin həmin məbləğın hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən xüsusi paketlənmiş məktiblar cap etmək imkanına malikdir.  Səlim Müslümov vurğulayıb ki,  həyata keçirilən bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verəcək. Hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanı qazanacaq.

# 614
avatar

Oxşar yazılar