Azərbaycanda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb
16 aprel 2013 16:49 (UTC +04:00)

Azərbaycanda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb

0

“Azərbaycanda ürək-damar xəstəlikləri ötən illərlə müqayisədə xeyli cavanlaşıb”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya və Kardio-cərrahiyyə İnstitutunun direktor müavini Azad Hacıyev bildirib. A. Hacıyevin sözlərinə görə, 30-40 il əvvəl çox nadir hallarda 30 yaşdan aşağı yaşda olan insanlarda infarkt və digər kardioloji xəstəliklər qeydə alınırdısa, indi bu say çoxalıb və daha cavan yaşlı insanları əhatə edir: “Cavan insanlarda bu xəstəliklər stress nəticəsində yaranır. Onlara ilkin yardımın göstərilməsi çox önəmlidir. Çünki köməkliklərin vaxtında edilməsi ilə onların xəstəlikdən vaxtında azad olunması imkanları var. Əgər əvvəllər 30 yaşdan aşağı 2-5 nəfər insanda ürək-damar xəstəlikləri aşkarlanırdısa, indi onların sayı 100-ə yaxındır”.
 

A.Hacıyev qeyd edib ki, paytaxt Bakıda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı daha çoxdur: “Bakı meqapolis olduğundan burada insanlar stresslə daha tez-tez qarşılaşdığından bu da ürək-damar xəstəlikləri ilə nəticələnir. Amma rayonlarda insanlar təbiətlə daha çox əlaqədə olduğundan və digər amillərdən onlarda xəstəlik daha az qeydə alınır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1180

Oxşar yazılar