Dövlət Statistika Komitəsi mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb.
Lent. az-ın verdiyi məlumata görə, mart ayında satılmış kənd təsərrüfatı məhsulları əvvəlki ayla müqayisədə 1 faiz, o cümlədən çoxillik bitkilər 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsulları 2,3 faiz bahalaşıb, birillik bitkilər isə 0,4 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğda 1,4 faiz, kartof 0,2 faiz, göyərtilər 0,7 faiz, pomidor 0,5 faiz, balqabaq 3,1 faiz, baş sarımsaq 0,1 faiz, quru ot 3,2 faiz, yonca istehsalçı 0,8 faiz ucuzlaşmış, arpa 0,7 faiz, kələm 2,1 faiz, xiyar 0,8 faiz, baş soğan 0,1 faiz, cəfəri isə 4,5 faiz bahalaşıb. Çoxillik bitkilərdən limon 1,2 faiz, naringi 6,7 faiz, alma 2,7 faiz, şabalıd 3,2 faiz, fındıq 1,0 faiz bahalaşıb, qoz isə 1,1 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal əti (diri çəkidə) 0,7 faiz, təbii bal 1,2 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inək istehsalçı 1,0 faiz, camış 0,6 faiz, diri qoyun və keçilər 0,8 faiz, qaz 0,5 faiz, qoyun əti (diri çəkidə) 0,7 faiz, quş əti (diri çəkidə) 3,2 faiz, süd 1,6 faiz, yumurta 5,7 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz ucuzlaşma müşahidə olunub.