Bakı-Quba yolundakı körpüdə təhlükəli vəziyyət yaranıb
29 mart 2013 09:30 (UTC +04:00)

Bakı-Quba yolundakı körpüdə təhlükəli vəziyyət yaranıb

 

Bakı-Quba yolunda yerləşən körpülərdən birində nasazlıq aşkarlanıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürəsliyevin Lent.az-a verdiyi məlumata görə, Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən, Sumqayıt çayı üzərində salınmış körpüdə mütəxəssislər araşdırmalar aparır. Bununla yanaşı yol ötürücüsündə nəqliyyatın hərəkəti dayandırılmayıb.

 

Qeyd edək ki, gecə saatlarında yolda hərəkət qısa müddətə məhdudlaşdırılıb.

# 718
avatar

Oxşar yazılar