Bakı Metropoliteninin qarşısında aksiyasına cəhd edilib
17 mart 2014 17:42 (UTC +04:00)

Bakı Metropoliteninin qarşısında aksiyasına cəhd edilib

0

Metronun “Neftçilər” stansiyasında obyektləri sökülən ticarətçilər “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiyaya cəhd ediblər.

 

APA-nın məlumatına görə, aksiya iştirakçıları ödədikləri icarə haqlarının və vergi ödənişlərinin qaytarılmasını tələb ediblər. Aksiyaçıların sözlərinə görə, digər stansiyalarda çalışanların ödədikləri icarə haqları qaytarılsa da, bu, “Neftçilər” stansiyasında çalışanlara şamil olunmayıb.

 

Ticarətçiləri metropoliten rəhbərliyi ilə görüşüb, lakin metropoliten rəhbərliyi ticarətçilərə bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

 

Aksiya insidentsiz başa çatıb 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 997

Oxşar yazılar