Bir qrup əlil Ukraynaya göndəriləcək
16 aprel 2013 17:59 (UTC +04:00)

Bir qrup əlil Ukraynaya göndəriləcək

0

“Cari ilin aprel-avqust aylarında dayaq-hərəkət sistemi xəstəlikləri olan 55 nəfər əlil   Ukraynanın Saki şəhərindəki müalicə mərkəzinə  göndəriləcək .” Bu barədə Lent. az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin əlillərdən 35 nəfəri cari il aprelin 17-də və 19-da qrup halında Ukraynaya yola salınacaq. Onlardan 25 nəfəri əlil arabasından istifadə edən şəxslərdir.

Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar