Çörək istehsalını lisenziyalaşadırmaq üçün hökumətə müraciət olunub
12 iyun 2013 12:04 (UTC +04:00)

Çörək istehsalını lisenziyalaşadırmaq üçün hökumətə müraciət olunub

0

Ərzaq məhsullarının istehsalı lisenziyalaşdırılmır, gələcəkdə çörək istehsalı lisenziyalaşdırıla bilər. 

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə  Dövlət Nəzarəti Xidmətinin Ərzaq Məhsullarına Nəzarət şöbəsinin müdiri Məsim Babayev söyləyib. 

 

Məsim Babayev  deyib ki, Dövlət Komitəsi bununla bağlı hökumətə müraciət edib: “Hazırda siqaret və spirtli içki məhsullarının istehsalı lisenziyalaşdırılır. Çörək istehsalının da lisenziyalaşdırılması yaxşı olardı”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar